“İrəvan Ankara ilə münasibətləri normallaşdırmağa hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, ölkə Türkiyənin təşəbbüsü ilə 30 ilə yaxındır bağlı olan Ermənistan-Türkiyə sərhədi ilə bağlı məsələnin həllinə razıdır.
“Ermənistan hər an sərhədləri açmağa və münasibətləri normallaşdırmağa hazırdır. Tərəflər bunun baş verəcəyinə ümid edərək sərhədlə bağlı məsələləri müzakirə etməyə davam edirlər. Ən azı üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasının mümkün qədər tez olmasını istəyirik. Tərəflər bu barədə razılığa gəliblər. Lakin hazırda bu razılaşmalar yerinə yetirilmir. İrəvanla Ankara arasında dialoq davam edir”, – Qriqoryan bildirib.
Azpost.info
