“ABŞ Prezidenti Co Bayden dağınıq skleroz və ya nevroloji xəstəliklərdən əziyyət çəkmir. Səhhəti ona heç bir məhdudiyyət olmadan ABŞ Prezidentinin vəzifələrini yerinə yetirməyə tam imkan verir”.
bu barədə Ağ Evin həkimi Kevin O’Konnorun Amerika liderinin müntəzəm tibbi müayinəsinin nəticələrinə görə dərc olunmuş rəyində deyilir.
“İnsult, dağınıq skleroz, parkinson xəstəliyi əlamətləri yoxdur”, – deyə həkim rəyində bildirilib.
Həkim qeyd edib ki, Baydenin hər iki ayağında periferik neyropatiya var. Ona görə də prezidentin yerişində dəyişiklikləri müşahidə etmək olar.
Bundan əlavə, dövlət başçısında bəzən qastroezofagial reflüks (Qida borusu selikli qişasının səthinin tamlığının pozulması, sfinkterin tonusdan düşməsi) əlamətləri müşahidə edilir.
O’Konnorun deyib ki, Bayden prezident kimi fəaliyyət göstərməyə qadirdir.
