Ötən il Rusiya ilə İran arasında ticarət dövriyyəsi 4,9 milyard dollar olub

2022-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi 4,9 milyard dollar olub. Bu da 2021-ci illə müqayisədə 20 faiz çoxdur.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Ticarət və Sənaye Palatasının rəhbəri Sergey Katırin məlumat verib.

“Biz hesab edirik ki, yaxın illərdə bu rəqəm 40 milyard dollara çatdırıla bilər. Bunun üçün ilkin şərtlər var”, – Katırin bildirib.

Palata rəhbərinin sözlərinə görə, Qərbin sanksiyaları şəraitində Rusiya biznesi İran şirkətləri ilə əməkdaşlığa yüksək maraq göstərir. O, ölkələr arasında xüsusi iqtisadi zonalarda qarşılıqlı investisiyaların və əməkdaşlığın böyük potensial olduğunu qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Özbəkistan Prezidenti Azərbaycana gəlib

Sonrakı məqalə

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb