Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiyalı həmkarlarımız hay-küy salmağa çalışır, üzr istəməyəcəyik!”

User 03 Mart 2023 - 13:12 (Last updated: 21 May 2025 - 20:15)
prays

“Vaşinqton ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Hindistanda keçirilən G20 sammiti çərçivəsində söhbətə görə üzr istəməyəcək. Blinken Vaşinqtonu narahat edən məsələləri qaldırıb”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinq zamanı deyib.

“Mən bilirəm ki, bizim rusiyalı həmkarlarımız hay-küy salmağa çalışırlar. Lakin qeyd edirik ki, bu, tam ikitərəfli görüş və ya onlar arasında uzun-uzadı söhbət deyil, qısa təmas idi. Biz buna görə üzr istəməyəcəyik”, – Prays bildirib.

Rusiya tərəfinin dediyinə görə, görüşü Blinken istəyib. “Sergey Viktoroviç sadəcə ünsiyyətdə olub. Danışıqlar, görüşlər və sair olmayıb”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Reuters” yazır ki, söhbət on dəqiqəyə yaxın davam edib. Ağ Evdəki mənbə qeyd edib ki, Blinken söhbət zamanı Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb.

O, həmçinin rusiyalı həmkarını əmin edib ki, Kiyevin ehtiyacı olduğu müddətdə ABŞ Ukraynaya yardımı davam etdirəcək.

Blinken G20-nin mətbuat konfransında Lavrovla qısa söhbət etdiyini bildirib. Dövlət katibinin sözlərinə görə, o, Ukraynada hərbi əməliyyatı dayandırmağa və ədalətli və davamlı sülhə gətirib çıxara biləcək diplomatiya ilə məşğul olmağa çağırıb.

Azpost.info

Post navigation

Previous: Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb
Next: Ramazan ayının Qədr gecələrinin vaxtı

Oxşar xəbərlər

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08

xƏBƏR

neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
Cümə günü səhər saatlarında dünya bazarında neftin qiyməti artmaqda davam edib. Bu, əvvəlki gün baş verən kəskin...
Read more about Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.