“Kreml nüvə şantajı ilə Qərbin Kiyevə dəstəyini məhdudlaşdırmağa çalışır”- ABŞ İnstitutu

“Kreml nüvə şantajı ilə Qərbin Kiyevə dəstəyini məhdudlaşdırmağa və ona silah tədarükünü ləngitməyə çalışır”.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu (ISW) özünün yeni hesabatında bildirib.

Hesabat müəllifləri ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla G20 sammiti çərçivəsində söhbətindən bu qənaətə gəliblər.

“Məlumdur ki, Blinken bu söhbət zamanı xüsusilə Moskvanı Strateji Silahların Azaldılması Müqaviləsində (START-3) iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb. Rusiya rəsmilərinin START-3-ün bərpası ilə bağlı  danışıqlar aparması ehtimalı azdır”, – institutun analitikləri deyirlər.

ISW qeyd edir ki, Kremlin nüvə silahından istifadə etməsi ehtimalı çox azdır, lakin o, müntəzəm olaraq Qərbi qorxutmağa cəhd edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.