Mansur Yavaş və Əkrəm İmamoğlu Akşenerlə görüşəcək

Ankaranın bələdiyyə sədri Mansur Yavaş və İstanbul bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu İYİ partiyasının sədri Meral Akşenerlə görüşəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə CHP-dən bildirilib.

Məlumata görə, CHP sədri Kamal Kılıçdaroğlu Yavaş və İmamoğlunun İYİ Partiya Baş Qərargahında Akşeneri ziyarət etmək istəyinə müsbət yanaşdığı bildirilib: “Hörmətli sədrimiz daha əvvəl də qeyd etdiyi kimi, Halil İbrahim süfrəsinin kiçilməməsini, əksinə böyüməsini arzulayır”.

Qeyd edək ki, Akşener “6-lı masa”da olan 5 siyasi partiya prezident seçkilərində Kılıçdaroğlunu vahid namizəd kimi görmək istədiyini açıqlayandan sonra “Millət İttifaqı”ndan çıxdığını bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.