“Sumqayıt” klubu “Səbail”i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində “Səbail” klubu “Sumqayıt”ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, “ASCO Arena”da keçirilən matçda “Sumqayıt” minimal hesablı qələbə qazanıb – 1:0. Matçda yeganə qolu 90+8-ci dəqiqədə penaltidən Terrens Tisdel vurub.

Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıraraq “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Bakı təmsilçisi 17 xalla sonuncu – onuncu sırada qərarlaşıb.

Günün digər görüşündə “Sabah” klubu “Kəpəz”i sınağa çəkəcək.

“Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.

Əvvəlki məqalə

Mansur Yavaş və Əkrəm İmamoğlu Akşenerlə görüşəcək

Sonrakı məqalə

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib