Putinlə Rəisi arasında telefon danışığı olub- Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Liderlər ikitərəfli münasibətləri müsbət qiymətləndirib və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

“Hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən müştərək infrastruktur layihələrinin reallaşdırılması müzakirə edilib”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.