“Çirkli pullar”ın “yuyulması” ilə məşğul olan ən populyar 4 ölkə- SİYAHI

Cinayət yolu ilə əldəedilmiş vəsaitlərin (“çirkli pulların”) yuyulması üzrə ən populyar ölkələr İspaniya, Böyük Britaniya, Latviya, Niderlanddır. Eyni zamanda, bir sıra ofşor yurisiksilayalar da bu siyahıya daxildir.

Azpost.info xəbər verir ki, bu barədə “Rosfinmonitoring”in direktor müavini German Neqlyad bildirib.

O qeyd edib ki, bu ölkələr son vaxtlar Rusiya maliyyə kəşfiyyatı ilə əməkdaşlıq etməkdən imtina edirlər: “2022-ci ilə qədər bu ölkələr daşınmaz əmlak və lüks əşyaların alınması üçün cəlbediciliyi ilə tanınan ölkələr idi. Hazırda onlar Rusiya maliyyə kəşfiyyatı ilə əməkdaşlıq etməkdən imtina edirlər. Ölkələr arasında məlumat mübadiləsinin pozulması cinayətlərin artmasına səbəb ola bilər. Çünki qanunu pozanlar dəyişən şərtlərə tez bir zamanda uyğunlaşır və “zəif bəndi” aşkar edirlər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.