Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Rusiyadan ən çox asılı ölkələr siyahısında Ermənistan ikincidir”

User 15 Mart 2023 - 19:05 (Last updated: 21 May 2025 - 20:15)
armenia irevan

Ermənistan siyasət, müdafiə və iqtisadiyyat sahələri baxımından Rusiyadan ən çox asılı olan ilk üç ölkə sırasına daxil olub.

“Report” xəbər verir ki, bu barədə İngiltərənin “The Economist” jurnalında dərc olunan məqalədə deyilir.

“The Economist”in hesablamalarına görə, Rusiyadan asılılıq reytinqində 9 bal toplayan Ermənistan Belarusdan sonra ikinci yerdədir.

Məqalədə bu ölkələrin Rusiya ilə hərbi sahədə, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əlaqələri xüsusilə vurğulanır.

Qeyd edilib ki, bu təşkilatın üzvü olan ölkələrin bir-birinə hərbi yardım göstərmək öhdəliyinə baxmayaraq, Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir çox müraciətlərini təmin etməyib: “Ermənistanı 2020-ci ildə baş vermiş müharibə zamanı ərazisində yerləşdirilmiş 3500 rusiyalı hərbçinin ona köməyə gəlməməsi hiddətləndirir”.

Bildirilib ki, sadalanan məsələlər Rusiyadan asılı olan ölkələrin, xüsusən də Ermənistanın Qərb dövlətləri ilə münasibətlərinə birbaşa təsir edir, çünki Qərb əməkdaşlıq nöqteyi-nəzərdən bu dövlətlərə tam etibar etmir.

Məqalədə vurğulanıb ki, bu ölkələrin Rusiyadan aşkar asılılığına baxmayaraq, Qərb hələ də onlarla münasibətləri gücləndirməyə ümid bəsləyir.

Qeyd edək ki, siyahıda Ermənistandan başqa, Belarus, Qırğızıstan, İran, Tacikistan, Qazaxıstan, Suriya, Çin, Venesuela, Nikaraqua, Hindistan və Özbəkistan kimi ölkələrin də adları var.

Post navigation

Previous: Əsəd Ukraynada keçirilən xüsusi əməliyyatı dəstəklədiyini bildirib
Next: İtkin düşən Azərbaycan vətəndaşının anası İran prezidentinə müraciət edib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.