“Bütün sanksiyalar və məhkəmə iddiaları ləğv olunmalıdır”- Rusiya sülh üçün şərtlərini AÇIQLADI

“Ukrayna böhranının nizamlanması üçün Rusiyaya qarşı bütün sanksiyalar və məhkəmə iddiaları ləğv olunmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Eyni zamanda, davamlı sülh üçün Kiyevə silah və muzdluların tədarükü dayandırılmalı, Ukrayna bitərəf qeyri-blok statusuna qaytarılmalı və dünya bunun nəticəsində yaranmış yeni ərazi reallıqlarını, xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

XİN rəsmisi deyib ki, Ukraynanın demilitarizasiyası onun ərazisindən irəli gələn təhlükələrin aradan qaldırılması, qeyri-nüvə statusunun möhkəmləndirilməsi və rusdilli əhalinin və milli azlıqların hüquqlarına riayət olunmasına təminatların təsdiqi ilə öz həllini tapacaq.

Zaxarova Moskvanın siyasi və diplomatik nizamlanma ilə bağlı Qərb və Kiyevin ciddi təkliflərinə açıq olduğunu, lakin ultimatum dilinin Rusiya üçün qəbuledilməz olduğunu qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistanın rahat yaşaması üçün bir şərt var” –

Sonrakı məqalə

Ukrayna Bəşər Əsədə sanksiya tətbiq etdi