Ermənistan Baş naziri Nikol Paşinyan Bakının təqdim etdiyi tarixi xəritələr əsasında Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxıb.
Azpost.info xəbər verir ki, Paşinyana görə, Azərbaycan tərəfinin bu tələbi Praqa və Soçidə əldə olunmuş yazılı razılaşmalara ziddir.
“Praqa və Soçidə sovet respublikalarının sərhədlərinin dövlət sərhədlərinə çevrildiyini bildirən bəyanatlardan sonra Azərbaycan bəzi tarixi xəritələrə əsaslanaraq delimitasiyadan danışır. Bu da tamamilə qəbuledilməzdir və ən yüksək səviyyədə olunmuş yazılı razılaşmalara ziddir”, – Paşinyan bildirib.
Azpost.info
