Finlandiya prezidenti Sauli Niinistö hökumətin iclasında ölkənin NATO-ya qəbulu ilə bağlı qanunları imzalayıb.
Azpost.info xəbər verir ki, bu, bütün lazımi sənədlərin milli səviyyədə ratifikasiyasında yekun nöqtə olub.
İmzalanmış sənəd “Şimali Atlantika Müqaviləsi və Şimali Atlantika Müqaviləsi Təşkilatının, Milli Nümayəndələrin və Beynəlxalq Qərargahın statusu haqqında Sazişin təsdiq edilməsi və qüvvəyə minməsi üzrə Hökumət Təklifi” adlanır.
Finlandiya parlamenti bundan əvvəl ölkənin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib. Səsvermədə 200 deputatdan 193-ü iştirak edib. 184 deputat sənədin lehinə səs verib, 7-si əleyhinə çıxıb.
Azpost.info
