“1 aprel zarafatıdır…”- Britaniya Rusiyanın yeni konsepsiyasını ələ saldı

Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın yeni Xarici Siyasət Konsepsiyasını bir aprel zarafatı kimi qiymətləndirib.

Azpost.info xəbər verir ki, Britaniya XİN bu barədə “Tviter” səhifəsində yazıb.

Nazirlik Rusiya XİN-in Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmiş yeni konsepsiyası ilə bağlı açıqlamasını dərc edərək bunu “1 aprel zarafatı” adlandırıb.

Dünən Kreml Rusiyanın yeni Xarici Siyasət Konsepsiyasını dərc edib. Rusiya orada “rus dünyasının istehkamı” kimi təqdim olunur, Çin, Hindistan və Latın Amerikası ölkələri “dost”, ABŞ isə “bəşəriyyət üçün risk mənbəyi” adlandırılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.