ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla “The Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçin həbsini müzakirə edib.
Azpost.info xəbər verir ki, Qerşkoviç ötən həftə casusluq ittihamı ilə həbs edilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, amerikalı diplomatla görüşdə Ryabkov jurnalistə qarşı irəli sürülən ittihamların ciddi olduğunu vurğulayıb.
Rusiya XİN-də baş tutan görüşün təfərrüatları açıqlanmır. ABŞ tərəfi hələlik bununla bağlı şərh verməyib.
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Qerşkoviçi və Rusiya həbsxanasında olan digər amerikalı Pol Uilan dərhal azad etməyə çağırıb.
Azpost.info
