Ukrayna prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Azpost.info xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yazıb.
O qeyd edib ki, Makronla təxminən bir saat yarımlıq söhbət zamanı ölkənin NATO-ya daxil olmamışdan əvvəl təhlükəsizlik zəmanəti alması zərurətini müzakirə edib.
Liderlər Makronun Çinə səfərinin nəticələri və NATO-nun Vilnüsdə keçiriləcək sammiti ətrafnda da fikir mübadiləsi aparıblar.
Azpost.info
