Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Moskvada Qələbə Paradı keçirilir

User 09 May 2023 - 11:40 (Last updated: 21 May 2025 - 20:15)
Moskvada Qələbə Paradı keçirilir

Rusiya prezidenti Vladimir Putin rusları Qələbə günü münasibətilə təbrik edib. O, Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə keçirilən paradda çıxış edərək, Rusiyaya qarşı əsl  müharibənin başladıldığını bildirib.

Azpost.info xəbər verir ki, Putin hesab edir ki, Rusiya indiki çətin şərtlərə baxmayaraq, öz təhlükəsizliyini təmin edəcək.

“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı növbəti dəfə əsl müharibə başladılıb, lakin biz beynəlxalq terrorizmi dəf etdik, Donbas sakinlərini də qoruyacağıq, təhlükəsizliyimizi təmin edəcəyik”, – Rusiya lideri bildirib. .

Putin əlavə edib ki, Rusiya gələcəyi dinc, azad və sabit görmək istəyir və istənilən üstünlük ideologiyası ikrah doğurucu və ölümcüldür.

Rusiya prezidenti onu da deyib ki, ümumi qələbəyə SSRİ-nin bütün xalqları öz töhfələrini veriblər. “Biz bunu həmişə xatırlayacağıq”, – deyən Putin MDB ölkələrinin liderlərinin Qələbə Paradına Moskvaya gəlməsinin vacibliyini qeyd edib.

Qələbə Paradına Rusiya Quru Qoşunların Ali Baş Komandanı, general Oleq Salyukov komandanlıq edir. Prezident Vladimir Putin, veteranlar və tədbirin qonaqları mərkəzi tribunada Qələbə Paradını izləyirlər.

Qırmızı Meydanda keçirilən Qələbə Paradında 10 mindən çox hərbçi, o cümlədən Ukraynada xüsusi əməliyyatda iştirak edən döyüşçülər iştirak edir. Parad zamanı baş meydan boyu 125 ədəd texnika və silah nümayiş etdiriləcək.

Azpost.info

Post navigation

Previous: “Ukrayna ilə bağlı sülh danışıqları hazırda mümkün deyil”
Next: “Rusiya üçün “dost olmayan” və düşmən xalqlar yoxdur”

Oxşar xəbərlər

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri,...
Read more about Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.