Polşa Rusiya və Belarusa qarşı sanksiya tətbiq etdi

Polşanın Daxili İşlər Nazirliyi Rusiyanın maliyyə sektoru ilə əlaqəsi olan 15 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, onların ölkədəki aktivləri dondurulacaq.

Varşava həmçinin əvvəllər məhdudiyyətlərə məruz qalmayan 159 parlamentari də daxil olmaqla 365 Belarus vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

Bu tədbirlər səkkiz il müddətinə azadlıqdan məhrum edilən Polşa əsilli belaruslu jurnalist Anjey Poçobutun hökmünün qüvvədə saxlanılması ilə əlaqədar həyata keçirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.