Rusiya Ukraynanın keçmiş müdafiə nazirləri Stepan Poltorak və Valeri Heletey, habelə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Viktor Mujenkonu axtarışa verib.
Azpost.info bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb. Hər üç şəxs Donbassın rusdilli əhalisinə qarşı soyqırımında ittiham olunur.
Aprelin əvvəlində Rusiya İstintaq Komitəsi (TFR) qiyabi olaraq Donbassın rusdilli əhalisinə qarşı soyqıırm itithamı ilə 22 yüksək rütbəli ukraynalı hərbçiyə, o cümlədən Stepan Poltoraka (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 357-ci maddəsi) ittiham irəli sürüb.
