Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

CAR BRİKS sammitindən imtina edə bilər

User 01 İyun 2023 - 11:03 (Last updated: 21 May 2025 - 20:15)
tEYULAAqA9zeevIPEfdplLzUssHqEpA7-2

Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməmək üçün avqustda baş tutmalı olan BRİKS sammitindən imtina etməyin yollarını axtarır.

Azpost.info xəbər verir ki, tədbirin böyük ehtimalla Cənubi Afrikada baş tutmayacağını ölkənin keçmiş prezidenti, dövlət məmurları arasında böyük nüfuz sahibi olan Tabo Mbeki bəyan edib.

“Hüquqi öhdəliklərimizə görə biz prezident Putini həbs etməliyik, lakin bunu edə bilmərik”, – Mbeki deyib.

Bundan sonra nazir müavini Obed Bapela bildirib ki, hakimiyyət onlara BCM tərəfindən axtarışda olan liderləri həbs edib-etməmək barədə qərar vermək imkanı verəcək qanun hazırlayır.

Bununla belə, ölkənin Ədliyyə Nazirliyi qeyd edib ki, sammitə qədər parlamentin belə bir qanunu qəbul etməyə vaxtı olmayacaq.

BRIKS xarici işlər nazirlərinin bu həftə Keyptaunda keçiriləcək toplantısında bütün iştirakçılara diplomatik toxunulmazlıq veriləcək. Amma hökumət bu qərarı standart prosedur adlanırıb. Ədliyyə Nazirliyinin sözçüsü Klason Moniela bu toxunulmazlıqların hər hansı beynəlxalq tribunal tərəfindən konfransın hər hansı bir iştirakçısına qarşı çıxarıla bilən bir orderi ləğv etmədiyini deyib.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS dövlət başçılarının sammiti avqustun 22-də Yohannesburqda keçiriləcək.

Kreml Putinin tədbirə gəlib-gəlməyəcəyi sualına birbaşa cavab verməyib. Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya tərəfi sammitdə lazımi səviyyədə iştirak edəcək. Eyni zamanda o ümid etdiyini bildirib ki, Rusiyanın BRİKS üzrə tərəfdaşları BCM-nin belə qanunsuz qərarlarını rəhbər tutmayacaqlar.

Azpost.info

 

Post navigation

Previous: Gələcəyə qurulan körpü –
Next: “Vaqner” Baxmutu tərk etməyə başlayıb

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.