“Rusiyadan silah idxal edənlər onları geri qaytarmalıdırlar”.
Azpost.info xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
Uollesin fikrincə, rus silahlarına pul xərcləməyə dəyməz.
“Rus silahlarına külli miqdarda pul xərcləyənlərin yerində olsaydım, onları satıcıya qaytarardım. Ukraynada gördüklərimi nəzərə alaraq, mən sizi pulunuzu Rusiya silahlarına xərcləməməyə çağıraram”, – Uolles Sinqapurda təhlükəsizlik konfransında çıxış edərkən deyib.
Nazir NATO ölkələrinin silahlarını “dünyanın ən yaxşılarından biri” adlandırıb.
Azpost.info