Rusiyanın Belqorod vilayətindəki Novaya Tavoljankada məntəqəsində Rusiya qoşunları ilə Ukraynadan gələn hərbi qruplaşama arasında döyüş gedir.
Azpost.info bildirir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov canlı yayımda bildirib.
Qubernator deyib ki, Ukraynadan hərbi dəstələr vilayətə daxil olub.
Qladkovun sözlərinə görə, onlar tutduqları əsirlərlə bağlı danışıq aparmaq üçün qubernatoru danışıqlara çağırıblar.
Ötən həftə Ukraynanın təxribat-kəşfiyyat qrupu sərhədi pozaraq Qrayvoron rayonu ərazisinə daxil olub. Bundan sonra Belqorod vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Belqorod vilayətinin hakimiyyət orqanlarının məlumatına görə, DRQ-nin hərəkətləri nəticəsində 13 nəfər xəsarət alıb.
