“Avropa hərbi çağırışlara NATO ilə yanaşı, öz qüvvələri ilə də cavab verməyi bacarmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Lyayen Aİ ordusunun yaradılması ideyasını tam dəstəklədiyini bildirib: “Çətinlik belə bir ordudan istifadə qərarı veriləndə olaacq. Bu məsələ ilə bağlı hələ də çox müzakirələr gedir. Belə qərarlar həm Avropa səviyyəsində, həm də milli səviyyədə qəbul edilməlidir. Bu mövzuda düşüncələri dərinləşdirmək və təkmilləşdirmək lazımdır, lakin ümumi istiqamət düzgündür”.
Azpost.info
