Çip
Yaponiya hökuməti 2030-cu ilə qədər 108 milyard dollar dəyərində yerli istehsal olan mikroçiplərin satışı planını təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.
“Çip istehsalı ilə bağlı olan yapon şirkətləri müxtəlif vəsaitlər yatırır. Biz bu səyləri dəstəkləmək üçün lazımi büdcəni təmin etmək istəyirik”, – nazir Yasutoşi Nişimura deyib.
Qeyd olunur ki, 2020-ci ildə satışlar təxminən 5 trilyon yen (təxminən 35,6 milyard dollar) təşkil edib.
Azpost.info
