Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyada müharibə iştirakçılarına pulsuz torpaq veriləcək

User 07 İyun 2023 - 11:44 (Last updated: 21 May 2025 - 20:15)
putinn

Rusiyada yerli hakimiyyət orqanları müharibə iştirakçılarına pulsuz torpaq ayıracaq.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı göstəriş verib.

Qərar Moskva, Sankt-Peterburq və Sevastopol istisna olmaqla, bütün bölgələrə şamil edilir.

Pulsuz torpaqları Rusiya Qəhrəmanı adına layiq görülmüş və ya müharibə zamanı xidmətlərinə görə ordenlərlə təltif edilmiş hərbi qulluqçular, könüllülər və Milli Qvardiyanın əməkdaşları ala bilərlər. Söhbət dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlardan gedir.

Fərqlənmiş hərbi qulluqçuların və cəbhədə xəsarət və ya xəstəlik nəticəsində həlak olanların ailə üzvləri də bu torpaqlar üzərində mülkiyyət hüququna malikdirlər.

Torpaqların yaşayış yeri üzrə, yəni hərbi qulluqçuların müharibədə iştirakını başa vurduğu gün qeydiyyatda olduqları yaşayış məntəqələrində verilməsi təklif edilir.

Putin Moskva, Sankt-Peterburq və Sevastopolun hakimiyyət orqanlarına da hərbçilərə sosial dəstək üçün digər tədbirlər hazırlamağı tapşırıb.

Qeyd edək ki, dekabrın 19-da Putin Krım yarımadasına aid oxşar sərəncam imzalamışdı. İlkin mərhələdə Krım üzrə 700 torpaq sahəsinin paylanması planlaşdırılır.

Azpost.info

Post navigation

Previous: Masallı sakinləri internetlə bağlı nazirə müraciət edib
Next: Satmaq öhdəliyi ilə kirayə mənzil fonduna daha 262 yaşayış sahəsi əlavə edilib

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.