Orqanizmdə taurin çatışmazlığı erkən yaşlanmanın səbəblərindən biridir.
Azpost.info xəbər verir ki, Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzinin alimləri bu qənaətə gəliblər.
Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub. Mütəxəssislər sümük əmələ gəlməsini, immun və sinir sisteminin sağlamlığını tənzimləyən, piylənmənin qarşısını alan taurinin ümumi sağlamlığa və gözlənilən ömür uzunluğuna təsir edə biləcəyini müəyyən ediblər.
Araşdırmaya görə, 60 yaşlı insanlarda taurin səviyyəsi beş yaşlı uşaqların səviyyəsinin üçdə biri qədər olub.
Bunu təsdiqləmək üçün komanda siçanlar, meymunlar və insanlarda qanda taurinin səviyyəsini təhlil edib. Nəticələr orqanizmdə bu səviyyənin yaşla əhəmiyyətli dərəcədə azaldığını göstərib.
Azpost.info
