Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya prezidenti Vladimir Putinlə yenidən rəqs etmək istədiyini bildirib.
Azpost.info xəbər verir ki, Knaysl bunu TASS-a müsahibəsində deyib.
O, qınaqlara baxmayaraq, bunda heç bir qəbahət görmədiyini əlavə bildirib.
“Təsəvvür edin, Avstriyanın Aİ-nin sədri olduğu bir vaxtda mənim Putinlə rəqs etməyimin qəbahət olduğuna dair elmi məqalələr dərc olunurdu. Və belə qənaətə gəlmişdilər ki, mənim rəqsim sanki demokratiyaya zərbə vurub. Onlara görə, bu, Avropa dəyərlərinin Rusiya avtoritarizmi qarşısında alçaldılması idi”, – sabiq XİN rəhbəri bildirib.
Knaysl onu da qeyd edir ki, Qərbin sanksiya siyasəti Kremlin kursunu dəyişməyib və gözlənilən nəticələrə gətirib çıxarmayıb.
Azpost.info
