Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qaradağda Qazinin maşınını yandırması ilə bağlı rəsmi açıqlama

User 17 İyun 2023 - 13:14 (Last updated: 21 May 2025 - 20:15)
qazi masin

Vətən müharibəsi qazisi Elnur Səmədov Eldar oğlu Qaradağ rayon İcra Hakimiyyətinin qarşısında şəxsi maşınını yandırıb.

Azpost.info bildirir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.  Onun nə üçün bu addımı atması naməlum qalıb.

“Qafqazinfo” sözügedən məsələ ilə bağlı Qaradağ RİH-nə sorğu ünvanlayıb.

İcra Hakimiyyətindən saytımıza verilən məlumatda bildirilib ki, Ələt qəsəbəsində qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30 oktyabr 1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırıb:

“Qazinin səhhəti ilə əlaqədar Türkiyədə müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır və 1-qrup əlillik təyin olunub. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü ödənilir.

O, 27 avqust 2021-ci ildə maşın, 12 noyabr 2021-ci ildə ikiotaqlı mənzillə təmin edilib. Yaşat fondu tərəfindən ölkənin müxtəlif klinika və xəstəxanalarında müalicələri həyata keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılıb və müraciətlərinin həlli üçün müvafiq köməkliklər göstərilib”.

 

Post navigation

Previous: Gədəbəy, Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz atəşə tutulur
Next: “Almaniya Rusiya qazından imtina etməklə öz ayağına güllə sıxdı”

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.