Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra mətbuat konfransı keçirib. O, Afrika ölkələrinin Ukrayna ilə bağlı “sülh planı”nın 10 əsas bəndinin olduğunu bildirib.
Azpost.info xəbər verir ki, CAR lideri birinci məqam kimi münaqişənin sülh yolu ilə həllinin zəruriliyini qeyd edib.
Ramafosa həmçinin döyüşləri bitirmək üçün danışıqların mümkün qədər tez başlamalı olduğuna diqqət çəkib: “Hər iki tərəf gərginliyi azaltmalıdır. Bundan başqa, dövlətlərin və xalqların suverenliyi BMT Nizamnaməsinə və bütün ölkələr üçün təhlükəsizlik təminatlarına uyğun olaraq təmin edilməlidir”.
Ramafosa əsirlərin dəyişdirilməsi və uşaqların qaytarılması məsələsini həll etməyə, zərərçəkənlərə humanitar yardım göstərməyə çağırıb.
O, həmçinin qeyd edib ki, “sülh planı”na hər iki ölkədən taxıl və gübrələrin daşınmasının təmin edilməsi, həmçinin Afrika ölkələri ilə daha sıx qarşılıqlı əlaqə də daxildir.
Azpost.info
