Rusiya hakimiyyətinə yaxın olan iş adamları “AliExpress”dən alınan ehtiyat hissələrindən hərbi texnika yığaraq Rusiya ordusuna bir neçə dəfə bahasına satırlar.
Azpost.info xəbər verir ki, bu barədə yerli “Teleqram” kanalları məlumat yayıb.
Bu sxemlərdən biri haqda hərbi jurnalist Roman Saponkov məlumat verib. Onun sözlərinə görə, 2,5 milyon rubla “Sibiryaçok-1” pilotsuz uçan aparatı Baş nazirin müavini Marat Xusnullinlə əlaqəli “GaskarGroup” şirkəti tərəfindən istehsal olunur. Şirkət “AliExpress”dən aldığı ehtiyat hissələrindən hazırlanmış cihazı 2,5 milyon rubla satır ki, bu da onların bazardakı qiymətindən 10 dəfə bahadır.
Saponkovun sözlərinə görə, dron dəhşətli dərəcədə aşağı keyfiyyətə malikdir və orduda praktiki olaraq istifadə edilmir.
“Qaskar Qrupp”u Xusnullin Moskvanın vitse-meri olduqdan sonra müqavilələr əsasında yüz milyonlarla rubl qazanan Tatarıstan əsilli iş adamları qurub.
“Rostex”in rəhbəri Sergey Çemezovun holdinqinə daxil olan “Almaz-Antey” öz istehsalı adı altında Çin pilotsuz təyyarələrini tədarük edir. 670 dollara başa gələn “Dobrınya” dronunu Müdafiə Nazirliyinə üçqat bahasına satılır.
Primorsk qubernatoru Oleq Kojemyak tərəfindən təriflənən başqa bir pilotsuz təyyarə ilə bağlı da oxşar vəziyyət yaranmışdı. Onu “AliExpress”də 8849 dollardan 21699 dollara qədər qiymətə almaq olar. Aparatı Çinin “CUAV Tech” şirkəti hazırlayıb.
Bundan başqa, yenicə təqdim olunan “Patriot K40TL” dronunun “AliExpress”də 172.000 rubla satılan Çin EVO II Pro V3-ün “əkiz qardaşı” olduğu ortaya çıxıb. Onun “istehsalçısı” Sankt-Peterburqdakı dövlət qurumlarının tədarükçüsü “Astracom” şirkətidir. Şirkət Yeni Zelandiyanın “Tait” şirkətinin rabitə borularını məmurlara şişirdilmiş qiymətə satmaqla məşhurlaşıb.
Azpost.info
