Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məhkəmə Hüquq Şurasına yeni üzvlər seçilib

User 21 İyun 2023 - 11:50 (Last updated: 21 May 2025 - 20:15)
Bələdiyyələr

Bələdiyyələr

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilib.

Məhkəmə Hüquq Şurasından verilən xəbərə görə, şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılmış, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulub.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub.

Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlayıb.

Konfransı təmsil olunan nümayəndələr sırasından ən qocaman hakimi açaraq konfransın işinə uğurlar arzulanıb.
Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər.

Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülmüşdür.

Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilmişdir.

Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin hakimləri – İnam İmdad oğlu Kərimov, Çingiz İsgəndər oğlu Əsgərov, Sənan Firudin oğlu Hacıyev,
Apellyasiya instansiya məhkəmələri üzrə hakimlər – Səadət İnayət qızı Bəktaşi, Mübariz Dosməmməd oğlu Əkbərov, Tofiq Temir oğlu Paşayev və birinci instansiya məhkəmələri üzrə hakimlər – İsmayıl Kamil oğlu Xəlilov, Kamran Şakir oğlu Süleymanov, Toğrul Məhəmməd oğlu Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurub.

Post navigation

Previous: “Media və hibrid təhdidlər” mövzusunda seminarlar yekunlaşıb
Next: Gədəbəydə qadına qarşı xüsusi vasitə tədbirinin tətbiqinə hüquqi qiymət veriləcək –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.