İyulda Vilnüsdə keçiriləcək sammitdə NATO ölkələri Ukraynanı alyans standartlarına uyğunlaşdırmaq üçün ona çoxillik yardım paketini qəbul edəcək.
Azpost.info bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Tagesspiegel nəşrinə müsahibəsində bildirib.
“Bizim köməyimizlə Ukrayna hərbçiləri köhnə sovet modelindən NATO standartlarına uyğun fəaliyyət göstərən müasir hərbi qüvvəyə keçid etməlidir”, – deyə o bildirib. Həmçinin sammitdə alyans üzv ölkələr üçün bəzi hədəfləri qaldıracaq.
“Biz müəyyən edəcəyik ki, neçə hərbçi yüksək hazırlıq vəziyyətində olmalıdır, onlar hansı texnikaya sahib olmalıdırlar. Bu, müəyyən məbləğə başa gələcək, lakin bu, yaxşı investisiya olacaq”, – Stoltenberq bildirib.
Azpost.info
