Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə Ukraynada Bayraktar TB2 və Bayraktar Akıncı döyüş PUA-larının istehsalına başlamaq niyyətindədir.
Azpost.info bildirir bu barədə “Yeni Akit” qəzeti yazıb. Məlumatı şirkətin baş direktoru Haluk Bayraktar açıqlayıb.
“Baykar”ın Ukraynadakı yerli törəmə müəssisəsi “Avia Ventures” MMC-də tikinti işləri plana uyğun davam edir və açılışın 2025-ci ilə nəzərdə tutulub”-deyə o vurğulyayıb.
Müəssisə rəhbəri zavodda artıq hazırlıq işlərinin aparıldığını, iyulda müəssisənin elektrikləşdiriləcəyini də qeyd edib.
