Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə “Quran”ın yandırılması aksiyasını pisləyib.
Azpost.info xəbər verir ki, Fidan bu barədə “Tviter” səhifəsində yazıb.
“İsveçdə Qurban bayramının ilk günü müqəddəs kitabımız “Qurani-Kərim”ə qarşı törədilən bu çirkin hərəkəti pisləyirəm. Söz azadlığından istifadə bəhanəsi ilə İslama zidd olan bu hərəkətlər yolverilməzdir”, – XİN rəhbəri qeyd edib.
Azpost.info
