Bu gecə Rusiya Ukraynaya raket zərbəsi endirib. Zərbələr Qara dənizdən buraxılmış “Kalibr” raketləri ilə endirilib.
Azpost.info bildirir ki, Lvov şəhərində bir neçə dəfə partlayış səsləri eşidilib.
Lvova raket hücumu nəticəsində yaşayış binasına ziyan dəyib. İki girişdə 3-cü və 4-cü mərtəbələr dağılıb.
Bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko məlumat verib. “Axtarış-xilasetmə əməliyyatı davam edir. Saat 7:00-a olan məlumata görə, 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfəri təxliyə edib”, – Klımenko bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Lvova hucuma reaksiya verib. Düşmənə mütləq cavab veriləcək”, -deyə prezident telegram kanalda yazıb.
Şəhərin meri Andrey Sadovinin sözlərinə görə, Rusiyanın raket hücumu nəticəsində ölən və yaralananlar var. Bundan əlavə, 50-dən çox ev dağılıb.
“Bu gün Lvovun mülki infrastrukturları ən böyük hücumlardan birinə məruz qalıb. Ölənlər və yaralılar var. Dağıntılar altından 3 nəfərin cəsədi çıxarılıb. Yəqin ki, yenə də həlak olanlar var. 8 nəfər yaralı tibb müəssisələrindədir. Çox böyük dağıntı var – 50-dən çox ev dağıdılıb”, – mer bildirib.
Sadovyi əlavə edib ki, evlərin damları sadəcə uçub, ofis kompleksinə, Lvov Politexnik Universitetinin yataqxanasına ziyan dəyib.
Azpost.info
