“Taxıl sazişi” praktiki olaraq nəticə vermədi və Rusiyanın Ukrayna limanlarından taxıl ixracına dair sazişdən çıxması barədə qərarı düzgündür”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, sazişin bütün dövrü ərzində ən yoxsul ölkələr taxıl dəhlizi vasitəsilə kənd təsərrüfatı məhsullarının cəmi 2,5 faizini alıblar.
“Bu gündən “taxıl sazişi” işləmir. Ərzaqların yalnız 2,5 faizi ən yoxsul ölkələrə gedib. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı Rusiya qarşısında öhdəliklər yerinə yetirilmir”, – Volodin deyib.
O, həmçinin ehtimal edir ki, Qara dəniz təşəbbüsü ilə fəaliyyət göstərən taxıl dəhlizlərindən Kiyev rejiminin terror hücumlarını ört-basdır etmək üçün istifadə oluna bilər. “Krım körpüsündə törədilən terror aktının taxıl təhlükəsizliyi dəhlizi adı altında həyata keçirildiyini istisna etmək olmaz”.
Azpost.info
