ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Rusiyanın “taxıl sazişi” üzrə danışıqları bərpa etməyə hazır olması barədə məlumat alıb.
“Biz onların müzakirələrə qayıtmaqda maraqlı ola biləcəyinin əlamətlərini gördük. Buna görə də bunun həqiqətən baş verib-vermədiyini görmək üçün gözləyəcəyik”, – səfir deyib.
Onun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreş Rusiyanı sazişə qaytarmaq üçün səy göstərir.
“Rusiya imtina edərsə, BMT ona taxıl və gübrə ixracında kömək etməyəcək”, – Qrinfild xəbərdarlıq edib.
Azpost.info
