“Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilidə olduğundan daha pis aqibətlə üzləşəcək”.
Azpost.info xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü Sergey Tsekov deyib.
O, Zelenskinin hərbi əməliyyatın sonuna qədər sağ qalmayacağını da istisna etməyib: “Zelenskinin taleyi Saakaşvilininkindən də pis ola bilər. Onun öz xalqına qarşı cinayətləri Saakaşvilinin gürcülərə qarşı cinayətlərindən qat-qat betərdir. Zelenski öz xalqı ilə az qala vətəndaş müharibəsi başlatdı. Açığı, Zelenski hərbi əməliyyatın sonuna qədər yaşamaya da bilər”.
Senatorun sözlərinə görə, xüsusi hərbi əməliyyatdan sonra Ukrayna prezidenti hərbi cinayətkar kimi mühakimə olunacaq: “Xüsusi hərbi əməliyyat bitdikdə, Ukrayna xalqı onu hərbi cinayətkar kimi mühakimə edəcək. Təbii ki, o vaxta qədər sağ qalsa”.
Azpost.info
