Hindistanın məşhur kino aktrisası Rekxa populyar “Vogue” jurnalı üçün fotosessiya çəkdirib.
Azpost.info bildirir ki, jurnalın iyul-avqust sayının baş səhifəsində əks olunan fotolarda Rekxa kraliça geyimlərində əks olunub.
“Vogue” jurnalının üz qabığı üçün çəkilən fotolardakı paltarlarıHindistanın ən məşhur kuturyesi Manişa Malhotra hazırlayıb.
Rkxa müsahibəsində həyatından danışıb: “Mən gözəlliyi qorumaq instinkti ilə doğulmuşam. Təbii ki, mən aktyor olmaq üçün doğulmuşam… amma öyrənməkdən doymaq bilməyən həvəsim, gözlərimi və ürəyimi açıq saxlamaq istəyim, gözəlliyi mənfi ilə deyil, müsbətlə qəbul etməyim mənə sənətim üzərində hakimiyyətmdə güc verir” deyir.
“Hər gün özümü yeni öyrənən biri kimi hiss edirəm. Mənim kimi öz işinə bağlı olanlara güvənirəm”.- deyə 69 yaşlı Rekxa deyib.
Hindistanda kino ikonası sayılan Rekxa 2014-cü ildən bəri heç bir filmə çəkilmir və son 20 ildə müsahibə verməyib.
Azpost.info