Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Qurtuluş Günü münasibətilə təbrik teleqramı göndərib.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya lideri bu bayramı ölkənin yapon müstəmləkəçiliyindən azad edilməsi uğrunda mübarizə aparmış koreyalı vətənpərvərlərin şücaət və qəhrəmanlığının rəmzi adlandırıb. Putin Qırmızı Ordunun töhfəsinə də xüsusi diqqət yetirib.
“Rusiya ilə KXDR arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün etibarlı əsas hesab olunan dostluq və əməkdaşlıq ənənələrinin əsası məhz həmin sərt müharibə dövründə qoyulub”, – Putin qeyd edib.
O, Rusiya və KXDR-in bütün sahələrdə ikitərəfli əməkdaşlığı davam etdirəcəyinə əmin olduğunu bildirib. Rusiya prezidenti hesab edir ki, ölkələr arasında bu cür qarşılıqlı fəaliyyət təkcə Koreya yarımadasında deyil, bütün Şimal-Şərqi Asiyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
“Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə xoşbəxtlik və firavanlıq arzulayıram”, – Putin qeyd edib.
Azpost.info
