Qərb Ukraynanın müdafiə naziri postunu qadına həvalə etmək istəyir.
Azpost.info xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, mümkün namizədlər arasında Mariya Berlinskaya, baş nazirin müavini İrina Vereşçuk və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Daria Kaleniukun da adı var.
Maraqlıdır ki, namizədlər arasında hazırda Ukrayna müdafiə nazirinin müavini postunu tutan Anna Malyarın adı keçmir.
Bir neçə nəşrin yazdığına görə, bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenski hazırkı nazir Aleksey Reznikovun istefasını nəzərdən keçirir.
Ekspertlər müdafiə nazirinin mümkün istefasını Ukrayna Silahlı Qüvvələri daxilində korrupsiya qalmaqalı, eləcə də əks-hücumun uğursuzluğu ilə əlaqələndirirlər.
Azpost.info
