“Mançester Siti” Avropa Superkubokunun qalibi olub

UEFA Superkuboku uğrunda matç keçirilib.

Görüşdə İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klubları qarşılaşıb.

Yunanıstanın Pirey şəhərinin Georgios Karaiçkakis stadionunda keçirilən oyun ingilslərin qələbəsi ilə yekunlaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyindən qalib penaltilər seriyasında bilinib.

Burda rəqibindən üstün olan “şəhərlilər” 5:4 hesabı ilə qələbə qazanıb.

Beləliklə “Mançester Siti” tarixində ilk dəfə superkuboka sahib olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.