“Vaqner” özəl hərbi şirkəti onun təsisçisi Yevgeni Priqojin və komandir Dmitri Utkinin ölümündən sonra Belarusda qalacaq.
Azpost.info xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, ölkənin daxili qoşunları və xüsusi təyinatlı hissələri muzdlular tərəfindən təlim keçməkdə davam edir.
“Bizə hər şey üçün pul ödəyirlər: həm çadıra, həm də suya. Biz onların kazarmalarını da təmir edirik. Bu mənim tələbim idi. Və razılaşdılar. Belarus Afrika və Ukrayna deyil”, – Lukaşenko deyib.
O əlavə edib ki, Priqojinlə birlikdə muzdluların ölkədə qalması üçün sistem hazırlamışdı.
Lukaşenko qeyd edib ki, qrupun bəzi üzvləri müvəqqəti olaraq ayrılmış olsalar da, onlar haqqında əsas məlumatlar qrupun idarəçilərinə məlumdur və bütün heyəti toplamaq çətin olmayacaq.
Azpost.info
