Rusiya Ukraynada Kupyansk rayonuna zərbələr endirib, kafeni vurub

Rusiya hərbi qüvvələri Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər və yaralananlar var.

UNIAN-ın məlumatına görə, bu barədə Xarkov Hərbi Admnisitrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

“İşğalçılar Kupyansk rayonuna zərbələr endiriblər. Həkimlər tərəfindən verilən ilkin məlumata görə, Podilı kəndində atəş nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Məlumatlar dəqiqləşdirilir. Düşmən mülki obyekti yerli sakinlərin gün ərzində olduğu kafeni vurub”, – Sinequbov bildirib.

O, əlavə edib ki, hadisə yerində polis və təcili yardım xidmətləri işləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.