Polşa, Litva, Latviya və Estoniya Lukaşenkoya müraciət etdi- “Vaqner”lə bağlı

Polşa, Litva, Latviya və Estoniyanın hakimiyyət orqanları Belarus prezidenti Aleksandr Lukaşenkonu “Vaqner” döyüşçülərini ölkələrindən çıxarmağa çağırıb.

Azpost.info xəbər verir ki, “Bloomberg” dörd ölkənin daxili işlər nazirlərinin görüşünün yekun sənədlərinə istinadən xəbər verir ki, onlar həmçinin sərhədlərdə təxribatlara qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.

Eyni zamanda Minsk vəziyyəti gərginləşdirərsə, sərhəd-keçid məntəqələrini bağlamaqla hədələyiblər.

Silahlı insident və ya miqrantların sərhəddən mütəşəkkil axını baş verərsə, Polşa və Baltikyanı ölkələr Belarusla sərhədin bağlanmasını təmin edəcəklər.

Nazirlərin sözlərinə görə, qiyamdan sonra Belarusa köçən “Vaqner” hətta onun qurucusu Yevgeni Priqojinin ölümündən sonra da təhlükə olaraq qalır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.