“Putin prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamayıb” –KREML

Dmitri Peskov
Dmitri Peskov

Vladimir Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürsə, heç kim onunla rəqabət apara bilməyəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin hələ ki, özünün namizədliyini irəli sürəcəyini açıqlamayıb, amma namizədliyini irəli sürərsə, heç kim onunla rəqabət apara bilməyəcək. Putin əhalinin mütləq dəstəyinə malikdir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov bildirib ki, Kremldə prezident seçkilərinə hazırlıq hələ başlamayıb. Onun sözlərinə görə, qarşıdan gələn prezidentlik kampaniyasının mənasını həm xarici gündəm, həm də Rusiya cəmiyyətinin inkişaf mərhələsi diktə edir.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin mart ayında keçiriləcək. 2020-ci ildə keçirilən referendumun nəticələrinə görə, hazırkı Prezident Vladimir Putinin prezidentlik müddətləri sıfırlandığından onun yenidən namizəd olmaq şansı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.