Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq mühitində yaşamaları böyük nemətdir

User 12 Sentyabr 2023 - 19:03 (Last updated: 21 May 2025 - 20:15)
16945304926404030543_1200x630

Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, QMİ sədri A.Paşazadə Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirib, ölkəmizin xristian dünyası ilə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin müsbət hal olduğunu qeyd edib.

Şeyxülislam Azərbaycanda dinlər və məzhəblər arasında əlaqələrin yüksək səviyyəsinin təmin olunmasında və davam etdirilməsində dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səylərinin və fəaliyyətinin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqət çəkib, Yunan Pravoslav Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə edib. G20 Dinlərarası Forum ərəfəsində ötən ay İstanbulda Ekumenik Patriarxlıqda baş tutan tədbirdə olduğunu xatırladan şeyxülislam QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar barədə ətraflı məlumat verib. Bildirib ki, yunan əsilli nüfuzlu din xadimi – Xalkidon Mitropoliti Emanuil Adamakis ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.

Yunanıstan səfiri Xristos Kapodistrias Azərbaycanda mövcud olan dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diplomat ötən ilin oktyabrında Sofiyada enerji layihəsinin açılış mərasimində Prezident İlham Əliyev və Baş nazir Miçotakis arasındakı əhəmiyyətli görüşün Yunanıstan-Azərbaycan ikitərəfli münasibətlərinə yenidən güclü təkan verdiyini xatırladıb.

Şeyxülislam A. Paşazadə son dövrlər Azərbaycanla Yunanıstan arasında iqtisadi münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun dini-mənəvi sahədə də əlaqələrin genişlənməsinə müsbət təsir etdiyini vurğulayıb.

Görüşdə A. Paşazadə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər barədə danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi sayəsində Ordumuzun 30 ilə yaxın erməni işğalı altında olmuş əzəli torpaqlarını azad etməsindən sonra apardığı quruculuq işlərindən və bölgədə sülh yönündə səylərindən ətraflı bəhs edib.

QMİ sədri təəssüflə qeyd edib ki, erməni apostol kilsəsi sülh deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur.

Sonda səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.

Post navigation

Previous: BCM-in sabiq prokurorunun qərəzli yazısını ifşa edən hesabat BMT sənədi kimi yayılıb
Next: Türkiyənin Baş prokuroru Azərbaycana gəlib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.