ABŞ və Danimarka Baltik dənizində birgə təlimlər keçirəcək

ABŞ və Danimarka Baltik dənizindəki Bornholm adasında birgə təlimlər keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri öz saytında məlumat yayıb.

Manevrlər zamanı hərbçilər SM-6 müasir modul raket sistemlərindən istifadə edərək konvoyları qorumaq üçün birgə çalışacaqlar.

“ABŞ-Danimarka təlimləri sentyabrın 18-də başlayır. Amerikalıların Danimarka ərazisində təlimlərdə iştirak etməsi faktı ölkənin regional sabitliyin təmin edilməsində ABŞ-ın əsas müttəfiqi kimi strateji əhəmiyyətini təsdiqləyir”, – Pentaqondan bildirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.