Aİ 12-ci sanksiyalar paketinin qəbuluna hazırlaşır- Rusiyanı hansı məhdudiyyətlər gözləyir?

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Sanksiyalar paketinin oktyabrın birinci yarısında və ya tarixi hələ müəyyən edilməmiş Aİ-ABŞ sammitində təqdim ediləcəyi gözlənilir.

Agentliyin məlumatına görə, yeni məhdudiyyətlər Rusiyanın nüvə sektoruna, LNG və İT sektoruna təsir edəcək. Bundan başqa, sanksiyalara Rusiyadan Avropaya almaz idxalına qadağa da daxil ola bilər.

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadə mexanizmi təklif oluna bilər.

Həmçinin qeyd olunur ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiya vətəndaşlarının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərə vergi tətbiq edilməsində israrlıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.