“Rusiya Türkiyədən Qarabağ sammitinə dəvət almayıb”- ZAXAROVA

“Rusiya tərəfi Qarabağ üzrə dördtərəfli görüşün keçirilməsi ilə bağlı Türkiyədən hələlik rəsmi müraciət almayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz bu məsələ ilə bağlı mətbuatda məlumatlar gördük, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, – Zaxarova bildirib.

O qeyd edib ki, Moskva bölgədəki vəziyyətlə bağlı Ankara ilə sıx dialoqu davam etdirir.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən həftə Ankaranın Moskva, İrəvan və Bakıya Qarabağdakı vəziyyətlə bağlı görüş təklif etdiyini açıqlamışdı. O əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan hələ də cavab verməyib.

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə sammit ideyasını müzakirə edəcəyini də deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.